Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu ilə görüşüb

Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu ilə görüşüb Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib
Xarici siyasət
27 Aprel , 2016 19:37
Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda görməkdən şad olduğunu deyib, bu Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayib.

Görüşdə Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi