Mədət Quliyev: "Yalnız birgə səylərlə dövlətlərimizin təhlükəsizliyinin təminatında səmərəli nəticələrə nail olmaq mümkündür"

Mədət Quliyev: "Yalnız birgə səylərlə dövlətlərimizin təhlükəsizliyinin təminatında səmərəli nəticələrə nail olmaq mümkündür" "Birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri müəyyən olunub"
Xarici siyasət
28 Sentyabr , 2016 15:41
Mədət Quliyev: Yalnız birgə səylərlə dövlətlərimizin təhlükəsizliyinin təminatında səmərəli nəticələrə nail olmaq mümkündür

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Minskdə keçirilmiş iclasımızdan, eləcə də bu ilin iyul ayında Sankt-Peterburqda baş tutmuş xarici dövlətlərin təhlükəsizlik və hüquq mühafizə orqanlarının xüsusi xidmət rəhbərlərinin 15-ci iclasından nisbətən qısa zaman keçib. Bu müddətdə dünyada və bizim ölkələrdə əməliyyat mühitinin xarakterinə müəyyən təsir göstərən hadisələr baş verib, birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri və onların həlli üçün ümumi yanaşmalar müəyyən olunub".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iclas zamanı MDB məkanında təhlükəsizliyin təmin edilməsinin geniş spektoru, o cümlədən terrorçuluq və dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.

"Qarşılıqlı əməkdaşlığımızın təcrübəsi bizi bir daha əmin edir ki, yalnız birgə səylər və fəaliyyətlərin əlaqələndirilməsi, terrorizm, ekstremizm, təcavüzkar separatizm və mütəşəkkil cinayətkarlıq kimi müasir çağırışlar və təhdidlərlə mübarizə məqsədilə təcrübə və informasiya mübadiləsi vasitəsilə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsində səmərəli nəticələrə nail olmaq mümkündür" - M.Quliyev bildirib.

O, görüşün həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə ümumi təhlükəsizliyin təmin edilməsi problemləri üzrə əməkdaşlığa əlavə təkan verəcəyinə, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və sıx iş əlaqələrinin qurulmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına şərait yaradacağına ümidvar olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi