Bakı. 4 aprel. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası aprelin 8-də Moskvada keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasın gündəliyinə MDB ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri daxil edilib.
Belə ki, xarici işlər nazirləri 2015-ci il üzrə XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının həyata keçirilməsinin nəticələrini müzakirə edəcək və 2016-cı il üçün analoji plan müəyyən edəcək.