Yuxarı

MDB və ŞƏT ölkələrinin Baş prokurorları Düşənbədə terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər

MDB və ŞƏT ölkələrinin Baş prokurorları Düşənbədə terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər
Azərbaycan nümayəndə heyətinə baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Tacikistan Prezidenti Emomali Rəhmon və Müstəqil Dövlət Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş prokurorları Düşənbədə cinayətkarlıq və terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər.

Bu barədə "Report" "Khovar" agentliyinə istinadən xəbər verir.

Görüş zamanı cinayətkarlığa, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorizm, radikalizm, ekstremizm kimi müasir təhlükələrə qarşı birgə mübarizə məsələləri, eləcə də qlobal və regional səviyyədə təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi