MDB Parlamentlərarası Assambleyası Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının əməkdaşları dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müşahidə ediblər.
Qurumdan "Report"a verilən məlumata görə, onlar Bakı şəhərində 30-a yaxın seçki məntəqəsində yerli müşahidəçi qismində bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini izləyiblər.
Müşahidə aparılan seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlinməyib.