MDB PA-nın Azərbaycanda keçiriləcək referendum üzrə müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib

MDB PA-nın Azərbaycanda keçiriləcək referendum üzrə müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib Missiya Bakıya sentyabrın 24-də gələcək
Xarici siyasət
23 Sentyabr , 2016 12:01
MDB PA-nın Azərbaycanda keçiriləcək referendum üzrə müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PAA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyası formalaşdırılıb.

MDB PA-dan "Report"a verilən məlumata görə, missiyasının rəhbəri Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov təyin edilib.

Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildir.

Missiya Bakıya sentyabrın 24-də gələcək.

Referendumun qısamüddətli monitorinqi zamanı Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

MDB PA-nın beynəlxalq müşahidəçiləri seçki günü Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi