Yuxarı

MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər - FOTO

MDB ölkələrinin səfirləri Bakıda 9 May tədbirlərində iştirak ediblər

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda 9 May - Qələbə Günü münasibətilə keçirilən tədbirlərdə iştirak ediblər.

"Report" xəbər verir ki, diplomatları Bakıda Hərbi Şərəf Memorialına gül çələngi qoyublar.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları və onların yaxınları da iştirak ediblər. Memorialın qarşısında həmçinin "Ölməz alay" aksiyası keçirilib.

Qeyd edək ki, "Ölməz alay" Rusiyada və bir sıra MDB ölkələrində Qələbə Günü münasibətilə keçirilən beynəlxalq ictimai aksiyadır. Aksiya iştirakçıları Böyük Vətən müharibəsində iştirak edərək faşizmə qarşı vuruşmuş qohumlarının foto və ya portretlərini nümayiş etdirirlər.

Həmçinin diplomatlar ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi