MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq Tədbir aprelin 14-də Belarusun paytaxtında baş tutacaq
Xarici siyasət
6 Aprel , 2015 23:14
MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

Aprelin 14-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası olacaq. Bu barədə Report AZƏRTAC-a istinadən xəbər verir.

Növbəti iclasda Birliyin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları, qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində MDB Şurasının və İcraiyyə Komitəsinin vəzifələri, 1941-1945-ci illərin Böyuk Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümünə hazırlıq görülməsi və Qələbənin bayram edilməsinə dair Əsas tədbirlər planının həyata keçirilməsinin gedişi, MDB-nin 25 illiyinə hazırlıq və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi