MDB İcraiyyə Komitəsinin sədri: "Azərbaycan humanitar əməkdaşlığın vacibliyini hər zaman vurğulayır"

MDB İcraiyyə Komitəsinin sədri: "Azərbaycan humanitar əməkdaşlığın vacibliyini hər zaman vurğulayır" Bakıda çox sayda humanitar yönümlü forumlar keçirilir.
Xarici siyasət
10 Dekabr , 2019 10:40
MDB İcraiyyə Komitəsinin sədri: Azərbaycan humanitar əməkdaşlığın vacibliyini hər zaman vurğulayır

"Bakıda çox sayda humanitar yönümlü forumlar keçirilir".

"Report" xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev "Hərbi-sənaye kuryeri" nəşrinə müsahibəsində deyib.

"2019-cu ildə dövlət başçıları səviyyəsində qəbul olunan əsas sənəd kimi MDB ölkələrinin strateji iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi haqqında Bəyannaməni qeyd edərdim. Hərçənd bir çox ölkələrin diqqət yetirdiyi humanitar əməkdaşlığın əhəmiyyətini də azaltmaq olmaz. Xüsusilə Azərbaycan həmişə bu cür əməkdaşlığın əhəmiyyətini vurğulayır və bu istiqamətdə Bakıda çox sayda forumlar keçirilir", - S.Lebedev bildirib.

Son xəbərlər

Orphus sistemi