MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlanıb Bu ilin yazında MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Özbəkistanda iclası olacaq
Xarici siyasət
12 Yanvar , 2017 15:34
MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Bu il mayın 26-da Rusiyada MDB Hökumət Başçıları Şurasının toplantısı keçiriləcək”.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu MDB-nin icraçı katibi Sergey Lebedev Belarusun paytaxtı Minskdə qurumdakı üzv dövlətlərin daimi səlahiyyətli nümayəndələrinin iclasında bildirib.

“Bu il aprelin 7-də isə Özbəkistanda MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq” - S.Lebedev deyib.

Son xəbərlər

Orphus sistemi