Yuxarı
    Bağlamaq

    MDB dövlət başçılarının sammitinin tarixi açıqlanıb

    Minskdə MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir

    Bakı. 30 may. REPORT.AZ/ MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti sammiti oktyabrın 11-də Soçidə keçiriləcək.

    “Report” xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Minskdə bildirib.

    Məlumata görə, bu gün Minskdə MDB-nin daimi nümayəndəliyinin iclası başlayıb. Toplantıda MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir.

    “MDB ölkələri prezident administrasiyalarının istəyini nəzərə alaraq, Dövlət Başçıları Şurasında ən vacib məsələlər müzakirə ediləcək”, - S.Lebedev vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi