Maykl Kristides: "QDİƏT bu günün şərtləri ilə ayaqlaşmalıdır"

Maykl Kristides: "QDİƏT bu günün şərtləri ilə ayaqlaşmalıdır" Bakı. 14 dekabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) əsas vəzifəsi üzv ölkələrin iqtisadi inkişafına və əməkdaşlığına dəstək vermək olan canlı bir qurumdur.
Xarici siyasət
14 Dekabr , 2018 14:49
Maykl Kristides: QDİƏT bu günün şərtləri ilə ayaqlaşmalıdır
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) əsas vəzifəsi üzv ölkələrin iqtisadi inkişafına və əməkdaşlığına dəstək vermək olan canlı bir qurumdur".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında təşkilatın Baş katibi Maykl Kristides bildirib.

O deyib ki, təşkilatımızın bu günün şərtləri ilə ayaqlaşması mühüm məsələdir.

Baş katib QDİƏT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri olduğunu, ticarət, nəqliyyat, səhiyyə sahələri ilə bağlı 20-dən çox işçi qrupunun fəaliyyət göstərdiyini vurğulayıb.

“Azərbaycana sədrlik etdiyinə görə bir daha təşəkkür etmək istərdim. Ötən altı ay ərzində bir çox məsələləri müzakirə edərək mühüm qərarlar vermişik. Qarşıdakı inkişaf və əməkdaşlığa dair perspektivləri və planları müzakirə etdik”, – QDİƏT rəhbəri diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi