Marqvelaşvili: "Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir"

Marqvelaşvili: "Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir" Gürcüstan prezidenti Ramsfeld Fondunun prezidenti, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə görüşüb
Xarici siyasət
31 Mart , 2016 11:45
Marqvelaşvili: Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir

Bakı. 31 mart. REPORT.AZ/ "Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir. Birgə layihələrə həm Xəzər dənizindən Qara dənizə enerji ehtiyatlarının daşınması, həm də nəqliyyat və logistik istiqamətlər daxildir".

"Report" xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili Vaşinqtonda Ramsfeld Fondunun prezidenti, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə görüşündə deyib.

"Lapis lazul" (Lapis lazuli) layihəsi olduqca vacibdir. Hazırda özündə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu layihə ilə əlaqədar Türkmənistanla fəal müzakirələr gedir", - deyə Gürcüstan prezidenti bildirib.

Görüşdə tərəflər regionda həyata keçirilən enerji layihələrini də müzakirə edib.

Son xəbərlər

Orphus sistemi