Yuxarı

Mariya Zaxarova: "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır"

Mariya Zaxarova: "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır"
Dinlə

© Report — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Bakı. 27 iyul. REPORT.AZ/ "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi ölkə olduğunu və belə görüşlərin vacibliyini başa düşdüyünü xatırladıb: "Tərəflərin razılaşdırdıqları və Azərbaycanla Ermənistan arasında istənilən səviyyədə keçirilən bütün görüşləri alqışlayırıq. Xüsusilə də onlar konstruktiv xarakter daşıyırsa və onlardan müsbət nəticələr əldə olunursa".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi