Malena Mard: "Aİ Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir"

Malena Mard: "Aİ Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir" Azərbaycan Prezidentinə sammitdə iştirak üçün dəvət göndərilib
Xarici siyasət
1 Aprel , 2015 13:54
Malena Mard: Aİ Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir

Bakı. 1 aprel. REPORT.AZ/ Avropa İttifaqı Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan prezidentinə sammitdə iştirak üçün dəvət göndərilib.

"Biz Azərbaycanın yüksək səviyyədə planlaşdırılan sammitdə iştirak edəcəyinə ümid edirik. Prezident Əliyev əvvəlki 2 sammitdə şəxsən iştirak edib və biz ümid edirik ki, Riqada da belə olacaq", - Aİ səfiri bildirib. 

Qeyd edək ki, Şərq Tərəfdaşlığının III sammiti  mayın 22-23-də Latviyanın paytaxtı Riqada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi