Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.
Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq.