Maksim Kuryaçiy: "Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır"

Maksim Kuryaçiy: "Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır" "Bu gün Azərbaycan Xəzər və Qafqaz regionunda böyük oyunçudur"
Xarici siyasət
21 Fevral , 2017 14:26
Maksim Kuryaçiy: Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır

Bakı. 21 fevral. REPORT.AZ/ "Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır".

"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

"Bu gün Azərbaycan Xəzər və Qafqaz regionunda böyük oyunçudur, iri boru kəməri layihələrində, Azərbaycan qazının Avropaya nəqlinin təmin etmək üzrə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində mühüm iştirakçıdır" - M.Kuryaçiy bildirib.

Onun sözlərinə görə, ölkələr energetika və hərbi-sənaye kompleksi sahələrində sıx əməkdaşlıq edir və hüquqi-saziş bazası 131 sənədi özündə cəmləyir.

Son xəbərlər

Orphus sistemi