​Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycana səfəri başa çatıb

​Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycana səfəri başa çatıb Hava limanında baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Xarici siyasət
6 Mart , 2016 16:37
​Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycana səfəri başa çatıb

Bakı. 6 mart. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycana rəsmi səfəri martın 6-da başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycanın baş nazirinin müavini İsmət Abasov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi