Yuxarı

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb
Səfirliyin Konsulluq şöbəsi forsmajor vəzyyət ilə üzləşib

Bakı. 23 avqust. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq viza verilməsi prosedurunu dayandırıb. 

Bu barədə "Report"a səfirlikdən məlumat verilib. 

Məlumatda Macarıstan səfirliyinin Konsulluq şöbəsinin forsmajor vəziyyət ilə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu həyata keçirə bilmədiyi vurğulanıb: "Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi