Yuxarı

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır
Səfir iyunun sonlarında Azərbaycanı tərk edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri Jolta Çutoranın (Zsolt Csutora) diplomatik missiyası başa çatır.

"Report" xəbər verir ki, səfir iyunun sonlarında Azərbaycanı tərk edəcək.

Yeni səfirin adı bir müddət sonra məlum olacaq.

Qeyd edək ki, J.Çutora Azərbaycanda Macarıstan səfirinin vəzifəsinin icrasına 2010-cu ildə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi