Bakı. 29 iyul. REPORT.AZ/ Macarıstanın Azərbaycana təyin olunan yeni səfiri İmre Laslotski sentyabrın ortalarında ölkəmizə gələcək.
Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, hazırda səfir Qazaxıstanda diplomatik missiyasının başa çatması ilə bağlı işlər aparır.
Qeyd edək ki, hazırda Macarıstanın Qazaxıstandakı səfiri İmre Laslotski 2010-cu ildən bu ölkənin Azərbaycanda səfiri olan Jolt Çutoranı əvəz edəcək.