Ukraynanın Lvov vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır

Ukraynanın Lvov vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır Lvov vilayətinin rəhbəri: "Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etməsini istəyirik"
Xarici siyasət
27 Fevral , 2019 11:17
Ukraynanın Lvov vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ "Ukraynanın Lvon vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın qurulmasında maraqlıdır".

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev ilə Lvov vilayət administrasiyasının rəhbəri Oleq Sinyutka arasında keçirilən görüşdə müzakirə aparılıb.

Görüş zamanı tərəflər əməkdaşlığın, xüsusilə də iqtisadi sahədəki əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

"Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etməsini istəyirik", - O.Sinyutka deyib.

Öz növbəsində, azərbaycanlı diplomat Lvov vilayətinin Azərbaycan üçün prioritet vilayət oldiuğunu söyləyib: "Tərəfdaşlarımıza hər zaman regionunuzun təhlükəsiz və sabit yer olduğunu deyirik".

Lvov vilayətinin rəhbəri Azərbaycan tərəfini bu il martın 21-23-də keçiriləcək "AQROPORT" fermerçiliyin inkişafı üzrə Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumuna dəvət edib.

Son xəbərlər

Orphus sistemi