Lütfi Zadə Azərbaycan Prezidentinə məktub göndərib

Lütfi Zadə Azərbaycan Prezidentinə məktub göndərib "Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır"
Xarici siyasət
26 Dekabr , 2014 13:25
Lütfi Zadə Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 26 dekabr. REPORT.AZ/ Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

Əziz Prezident İlham Əliyev,

Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı ən yüksək bilik, siyasi bacarıq və xalqın rifahı qayğısı ilə idarə etmisiniz və yenə də idarə edirsiniz. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca əhəmiyyətli uğurdur.

Sizə və ailənizə Yeni il təbriklərimi və ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Sizin Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün göstərdiyiniz təşəbbüsləri və gördüyünüz işləri olduqca yüksək qiymətləndirirəm. Sizin kimi bir rəhbəri olduğu üçün Azərbaycan çox şanslıdır”.

Son xəbərlər

Orphus sistemi