Yuxarı
    Bağlamaq

    Los-Ancelesdə Azərbaycana dair təqdimat keçirilib

    Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu şəhərdə yerləşən Bəhai Mərkəzində Azərbaycana dair təqdimatla çıxış edib.

    Baş Konsulluqdan "Report"a verilən məlumata görə, Los-Ancelesin Bəhai icmasının dəvəti ilə baş tutan təqdimatda 600-ə yaxın icma üzvi iştirak edib.

    Təqdimat Baş Konsulluğun Los-Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib.

    Baş konsul çıxışında ilk olaraq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, yerləşdiyi coğrafi mühit haqqında qonaqlara məlumat verib. O, daha sonra Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdən bəri mövcud olduğunu diqqətə çatdırıb. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini vurğulayıb.

    Azərbaycan multikulturalizmi və tolerantlığı icma üzvləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi