Lord Evans: "Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir"

Lord Evans: "Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir" "Azərbaycan və Böyük Britaniya parlamentləri arasında isti əlaqələr formalaşıb"
Xarici siyasət
13 Noyabr , 2015 14:25
Lord Evans: Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir

Bakı. 13 noyabr. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycan və Böyük Britaniya parlamentləri arasında isti əlaqələr formalaşıb".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Devid Evans deyib.

"Bildiyiniz kimi, Böyük Britaniya Azərbaycanda ən böyük investordur və bizim aramızda isti münasibətlər var. Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir, xüsusən də enerji təminatında", - D.Evans bildirib.

Lordlar Palatasının üzvü, həmçinin Dağlıq Qarabağ münaqişəsi və qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə toxunub. "Bunun Azərbaycan üçün nə dərəcədə ağrılı bir məsələ olduğunu anlamaq vacibdir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi