​Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb

​Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb "The Business Year" jurnalının Azərbaycanla bağlı buraxılışının təqdimatı olub
Xarici siyasət
23 May , 2015 00:00
​Leyla Əliyeva İlin beynəlxalq dialoqu mükafatına layiq görülüb

Bakı. 23 may. REPORT.AZ/ Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat gecəsində IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə "The Business Year" şirkəti tərəfindən "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Jurnalın ölkə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, jurnalda Azərbaycan prezidenti İlham Əliyev, bir sıra nazirlər və digər şəxslərin müsahibələri yer alıb.

B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gətirilməsində köməklik göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi