Yuxarı

Levan İzoria: “Azərbaycan ilə Gürcüstan bir-birinin ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə edir”

Levan İzoria: “Azərbaycan ilə Gürcüstan bir-birinin ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə edir”
Hər iki ölkənin ərazilərinin 20 faizi işğal olunub

Tbilisi. 16 may. REPORT.AZ/ “Azərbaycan ilə Gürcüstanın ərazi bütövlüyü pozulub. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal olunub. Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq üçün beynəlxalq təşkilatlarda birgə iş aparırıq”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria söyləyib.

Nazir deyib ki, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü məsələsi Tbilisidə keçirilən Cənubi Qafqazda Təhlükəsizlik Forumunda da müzakirə olunub. Ekspertlər, hüquq müdafiəçiləri, siyasətçilər bizim haqlı mövqelərimizi müdafiə ediblər.

L.İzoria Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli formatda müdafiə sahəsində əməkdaşlığına da münasibət bildirib:

“Biz üç dövlət olaraq üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bir neçə dəfə nazirlər səviyyəsində görüşlərimiz olub. Çox mühüm qərarlar qəbul etmişik, birgə hərbi təlimlər və digər tədbirlər keçirmişik. Yaxın vaxtlarda Türkiyədə yeni görüşümüz olacaq. Bu görüşdə də çox vacib məsələləri müzakirə edəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi