Latviyanın sabiq prezidenti: "Azərbaycan ildən-ilə inkişaf edir"

Latviyanın sabiq prezidenti: "Azərbaycan ildən-ilə inkişaf edir" "Azərbaycan sabitliyin hökm sürdüyü ərazidir"
Xarici siyasət
16 Mart , 2017 11:51
Latviyanın sabiq prezidenti: Azərbaycan ildən-ilə inkişaf edir

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan ildən-ilə inkişaf edir və infrastrukturunu genişləndirir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa V Qlobal Bakı Forumu çərçivəsində deyib.

O, Azərbaycanın müharibədən keçməsinə baxmayaraq, sabitliyin hökm sürdüyü ərazi olduğunu qeyd edib.

"Latviya kimi, Azərbaycan da SSRİ-nin dağılmasından sonra uzun yol qət edib. Amma zəngin təbii ehtiyatları sayəsində Azərbaycan üstünlük əldə edib. Azərbaycanın ildən-ilə inkişaf etdiyini, infrastrukturunu genişləndirdiyini görürəm. Azərbaycanda təbii ehtiyatlar xalqın maraqlarına xidmət edir", - deyə Vayra Vike-Freyberqa vurğulayıb.

Son xəbərlər

Orphus sistemi