Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq

Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq Başsağlığı kitabı bu gün saat 16.00-dan 18.00-a qədər və sabah saat 10.00-dan 13.00-a qədər açıq olacaq
Xarici siyasət
7 Aprel , 2015 14:47
Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfirliyində səfir Hardijs Baumanisin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq. Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

Məlumata əsasən, başsağlığı kitabı bu gün saat 16.00-dan 18.00-a qədər və sabah saat 10.00-dan 13.00-a qədər açıq olacaq.

Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi sağlamlığında olan problemlərlə əlaqədardır. 

H.Baumanis 2010-cu il sentyabr ayından Latviyanın Azərbaycandakı səfiri olub. 

Son xəbərlər

Orphus sistemi