Latviyalı deputat: "Azərbaycan son 25 ildə nümunəvi inkişaf yolu keçib"

Latviyalı deputat: "Azərbaycan son 25 ildə nümunəvi inkişaf yolu keçib" "Azərbaycan və Latviya xalqları arasında dostluğun möhkəm təməlləri atılır"
Xarici siyasət
18 Dekabr , 2019 10:03
Latviyalı deputat: Azərbaycan son 25 ildə nümunəvi inkişaf yolu keçib

“Latviya və Azərbaycan arasında münasibətlər tarixi əsaslara söykənməklə yanaşı, müasir çağırışlar üzrə də formalaşır. İki ölkə arasında əlaqələri ifadə edən statistik rəqəmlər məhz bu baxımdan ildən ilə yüksəlir”. 

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) hakim partiyadan deputatı Aleksandr Kirştein (Aleksandrs Kiršteins) bildirib. 

O qeyd edib ki, bu gün Latviyada müxtəlif sahələrdə Azərbaycan layihələri fəaliyyət göstərir: “Azərbaycanda da eyni proses gedir. Biz çox istəyirik ki, bu dinamika yüksələn xətt üzrə davam etsin”. 

Deputat deyib ki, Latviyada müxtəlif sferalarda azərbaycanlılar fəaliyyət göstərir və onlar bu gün Latviya iqtisadi və siyasi həyatında xüsusi xidmətlərə malikdirlər: “Biz bunu təqdir edirik. Bu baxımdan, Azərbaycan və Latviya xalqları arasında dostluğun möhkəm təməlləri atılır”. 

A.Kirştein bildirib ki, bu gün Azərbaycan regionda, əsasən də keçmiş Sovet ölkələri arasında ciddi inkişaf yolu keçib: “SSRİ dağıldıqdan sonra digər ittifaq ölkələri kimi müstəqillik əldə edən Azərbaycan son 25 ildə nümunəvi inkişaf yolu keçib, möhkəm tolerantlıq ənənələri üzərində sivil cəmiyyət qurub”, - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi