Yuxarı

Latviyalı deputat: "Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq fəal inkişaf edir"

Latviya Seyminin deputatı: Avropa İttifaqı ölkələri ilə Azərbaycan

"Azərbaycan postsovet ölkələri arasında öz mütərəqqi yolu ilə seçilən, Latviya üçün əbədi dost ölkədir". 

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş (Artuss Kaimiņš) bildirib. 

Onun sözlərinə görə, bu gün postsovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır: “Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq fəal inkişaf edir".

A.Kayminş deyib ki, Latviya ilə Azərbaycan arasında əlaqələr tarixi köklərə malikdir: "Biz vaxtı ilə eyni rejimin əsarətində olmuşuq, bizi birləşdirən tarixi acılar, ortaq talelər var. Bu baxımdan, xalqlar arasında dostluğun kökü dərindir”. 

Latviyalı deputat vurğulayıb ki, iki dövlət arasında hazırkı münasibətlər çoxşaxəli sahələr üzrə qurulsa da, yetərincə sıx deyil və inkişaf etdirilməlidir: “Hər iki ölkə qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Bizim parlamentlərdə dostluq qrupları var. Hesab edirəm ki, bu məsələdə dostluq qruplarının üzərinə çox böyük iş düşür. Bundan başqa, Latviyada, ümumiyyətlə, Baltikyanı ölkələrdə Azərbaycanla bağlı təbliğat yetərincə qurulmalıdır. Bizim insanlara Azərbaycanla bağlı məlumatlar daha çox lazımdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi