Latviya prezidenti V Qlobal Bakı Forumunda iştirak etmək üçün dəvət alıb

Latviya prezidenti V Qlobal Bakı Forumunda iştirak etmək üçün dəvət alıb Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib
Xarici siyasət
2 Sentyabr , 2016 19:04
Latviya prezidenti V Qlobal Bakı Forumunda iştirak etmək üçün dəvət alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib.

Azərbaycanın Latviyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin və Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri Latviya prezidentinə Qlobal Bakı Forumu barədə məlumat verib və prezident R.Veyonisə 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna dəvətini çatdırıblar. 

Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti barədə məlumatların böyük maraq doğurduğunu vurğulayıb.

Görüşdə Latviyadakı Azərbaycan diasporuna göstərilən diqqət, qayğı və dəstəyə görə Latviya prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi