Yuxarı

Latviya prezidenti Azərbaycana səfər edəcək

Latviya prezidenti Azərbaycana səfər edəcək
Raymonds Veyonis V Bakı Qlobal Forumunda iştirak edəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonis mart ayında Azərbaycana səfər edəcək.

Latviya prezidentinin ofisindən "Report"a verilən məlumata görə, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək.

Səfər zamanı R.Veyonis həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi