Yuxarı

Kuba prezidenti Azərbaycana səfər edəcək

​Kuba prezidenti Bakıya səfər edəcək

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə "Report" Kubanın "Radio Habana Cuba" saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək. 

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi