Yuxarı

Kreml: Aktauda keçirilən sammit Xəzərin statusunun həlli üçün təməl qoyub

Kreml: Aktauda keçirilən sammit Xəzərin statusunun həlli üçün təməl qoyub

Xəzər üzrə Konvensiya sahilyanı dövlətlər arasında iyirmi ildən çox davam edən işin nəticəsidir
© РИА "Новости"

Bakı. 13 avqust. REPORT.AZ/ "Xəzər dənizinin statusunun həlli üzrə hələ görüləcək çox iş var, amma artıq hüquqi əsas təmin edilib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Xəzər üzrə Konvensiya sahilyanı dövlətlər arasında iyirmi ildən çox davam edən işin nəticəsidir.

Xatırladaq ki, dünən beş ölkənin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın liderləri üzərində 20 ildən çox iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi