Yuxarı

Krans-Montana Forumunun prezidenti: "Azərbaycan sabitlik və inkişaf nümunəsidir"

Krans-Montana Forumunun prezidenti: "Azərbaycan sabitlik və inkişaf nümunəsidir"
Jan-Pol Karteron: Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlıyıq
© Courtesy İmage

Daxla, Mərakeş. 18 mart. REPORT.AZ/ "Azərbaycan sabitlik və inkişaf nümunəsidir".

Bunu "Report"un Mərakeşə ezam olunmuş müxbirinə açıqlamasında Krans-Montana forumunun prezidenti Jan-Pol Karteron deyib.

O, Azərbaycanın regionun mühüm ölkəsi olduğunu bildirib.

Jan-Pol Karteron Krans-Montana forumlarından birinin 2012-ci ildə Bakıda keçirildiyini xatırladıb və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, Jan-Pol Karteron 2012-ci ildə Bakıda keçirilən Krans-Montana Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakını xüsusi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi