Komissiyanın həmsədri: “Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb”

Komissiyanın həmsədri: “Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb” “Gürcüstan-Azərbaycan sərhədində bir neçə çətin sahələr var. Hazırkı mərhələdə onların heç biri üzrə qərar qəbul olunmayıb”.
Xarici siyasət
25 May , 2019 13:04
Komissiyanın həmsədri: “Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb”

“Gürcüstan-Azərbaycan sərhədində bir neçə çətin sahələr var. Hazırkı mərhələdə onların heç biri üzrə qərar qəbul olunmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O xatırladıb ki, sərhədin üçdə bir hissəsi razılaşdırılıb: “Yaxın həftlərdə ekspertlərdən ibarət qrup razılaşdırılmamış hissələrə yerində baxış keçirəcək və bundan sonra komissiya yenidən toplaşacaq”.

L.Darsalia komissiyanın növbəti iclasının bir ay ərzində Tbilisidə keçiriləcəyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi