Kolumbiya Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

Kolumbiya Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib Kolumbiya Parlamentinin plenar iclasında Azərbaycan ilə bağlı dinləmələr keçirilib.
Xarici siyasət
19 Sentyabr , 2019 09:05
Kolumbiya Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

Kolumbiya Parlamentinin plenar iclasında Azərbaycan ilə bağlı dinləmələr keçirilib.

"Report"un məlumatına görə, iclasda ilk olaraq çıxış edən Kolumbiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin prezidenti Xose Luiz Perez iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib.

Azərbaycan-Kolumbiya əlaqələrinin mövcud durumu və inkişaf dinamikası ilə bağlı ətraflı danışan deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən nəhəng layihələrin bütövlükdə regional sabitliyə və inkişafa xidmət etdiyini vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan müsəlman şərqində Demokratik Respublika quran, demokratik parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk ölkədir. O, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, dərin tolerantlıq ənənələrinin olduğunu bəyan edib, Kolumbiya tərəfindən razılaşma əsasında Azərbaycana göndərilən müəllimlər tərəfindən Diplomatik Akademiyada ispan dili kurslarında layiqincə tədris edilməsindən, eyni zamanda Kolumbiyanın Eksternado Universitetində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə verə biləcəyi töhfədən məmnunluğunu ifadə edib.

Tədbirin davamı olaraq, Azərbaycanın siyasi və iqtisadi çəkisinə diqqət çəkən Kolumbiya Parlamentinin prezidenti Lidio Qarsiya Turbai iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini vurğulayıb. O, Kolumbiya Parlamenti adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ən xoş salamlarını ifadə edib.

Daha sonra L.Turbay bəyan edib ki, Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Kolumbiya Parlamentinin yüksək dərəcəli “Cəngavər Ordeni” ilə təltif olunmasına dair müvafiq qərar qəbul olunub.

Orden təqdim olunduqdan sonra müvəqqəti işlər vəkili Həmid Zeynalov çıxış edərək ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən müvafiq qətnamənin qəbul etməsinə görə bir daha dərin təşəkkürünü bildirib. Həmçinin, ona göstərilən yüksək etimada görə Kolumbiya Parlamentinə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi