Kolumbiya Azərbaycandakı ofisini Çili, Meksika və Peru ilə bölüşür

Kolumbiya Azərbaycandakı ofisini Çili, Meksika və Peru ilə bölüşür Bakı. 20 dekabr. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyi ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadonun xidmətinə verib.
Xarici siyasət
20 Dekabr , 2018 13:25
Kolumbiya Azərbaycandakı ofisini Çili, Meksika və Peru ilə bölüşür
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyi ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadonun xidmətinə verib.

Bu barədə "Report"a Kolumbiya səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, onun gəlişi ilə Bakıda Sakit okean Alyansı bu inteqrasiya mexanizminin ümumi səfirlikləri formasında tam təmsil olunur.

"Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyət göstərəcək və yalnız ikitərəfli münasibətləri deyil, həm də regionun maraqlarını gücləndirəcəklər", - səfirlikdən deyiblər.

Son xəbərlər

Orphus sistemi