Yuxarı

Kiyevdə GUAM hökumət başçılarının görüşünün yekununda iki sənəd imzalanıb

Kiyevdə GUAM hökumət başçılarının görüşünün yekununda iki sənəd imzalanıb
GUAM-a üzv ölkələr azad ticarət sazişinə əlavə protokolu və gömrük prosedurlarının qarşılıqlı tanınması haqqında protokolu imzalayıb
© kmu.gov.ua

Bakı. 27 mart. REPORT.AZ/ GUAM-a üzv ölkələr (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Azad Ticarət Zonası yaradılması barədə sazişə tərəflərin hərəkətlərinin koordinasiyası işçi orqanının yaradılması üzrə əlavə protokolu, eləcə də GUAM-a üzv ölkələrin dövlət sərhədindən keçən malların və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqqında protokolu imzalayıblar.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, müvafiq protokollar Kiyevdə GUAM hökumət başçılarının görüşü zamanı imzalanıb.

Qeyd edək ki, iclasda Azərbaycanın baş nazirinin müavini İsmət Abasov iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi