​Kiyevdə Azərbaycanın sədrliyi ilə GUAM İşçi Altqrupunun iclası keçirilib

​Kiyevdə Azərbaycanın sədrliyi ilə GUAM İşçi Altqrupunun iclası keçirilib Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair informasiya mübadiləsi həyata keçirilib
Xarici siyasət
13 Oktyabr , 2015 17:50
​Kiyevdə Azərbaycanın sədrliyi ilə GUAM İşçi Altqrupunun iclası keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-13-də Kiyevdə GUAM Katibliyində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair İşçi Altqrupunun 17-ci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Altqrupun koordinatoru olan Azərbaycan tərəfinin sədrliyi ilə keçən GUAM-ın adıçəkilən qurumun iclasında təşkilata üzv dövlətlərin Demokratiya və İqtisadi İnkişaf Uğrunda nümayəndə heyətləri iştirak edib.

Görüşdə narkotik maddələrin qanunsuz dövriyyasinə qarşı mübarizədə GUAM-a üzv dövlətlərin milli qanunvericiliyi, əməliyyat şəraiti və fəaliyyət istiqamətlərindəki dəyişikliklər haqqında məlumat mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, qurumun növbəti iclası 2016-ci ilin aprel-may aylarında keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi