Keçmiş səfir: "Gömrük standartları arasındakı fərqlər Azərbaycan və İran arasında ticarəti zəiflədə bilər"

Keçmiş səfir: "Gömrük standartları arasındakı fərqlər Azərbaycan və İran arasında ticarəti zəiflədə bilər" "Azərbaycan coğrafi baxımdan özünü Avropa zonasının bir hissəsi kimi görür və müvafiq standartlar tətbiq edir"
Xarici siyasət
7 Noyabr , 2016 09:55
Keçmiş səfir: Gömrük standartları arasındakı fərqlər Azərbaycan və İran arasında ticarəti zəiflədə bilər

Bakı. 7 noyabr. REPORT.AZ/ İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin gömrük məsələləri üzrə fikir ayrılıqlarının həll edilməsinin zəruri olduğunu, əks halda bunun iki ölkə arasındakı ticarəti zəiflədə biləcəyini bəyan edib.

"Report" xəbər verir ki, M.Pakayin bu barədə "Tehran Times" nəşrinə açıqlamasında bildirib.

O, fərqlərin əsasən ölkələrdə tətbiq edilən standartlarla bağlı olduğunu qeyd edib: "Azərbaycan coğrafi baxımdan özünü Avropa zonasının bir hissəsi kimi görür və müvafiq standartlar tətbiq edir. Eyni zamanda, İran öz standartları olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür".

Nəşr vurğulayır ki, İran Azərbaycana 2,6 milyar dollar məbləğində sərmayə qoyub və bu vəsaitin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb. O da qeyd edilib ki, Azərbaycanda İran kapitallı təsminən 450 şirkət fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi