​Kanadada "Azərbaycan Axşamı" keçirilib - FOTO

​Kanadada "Azərbaycan Axşamı" keçirilib - FOTO “Araz Musiqi və Rəqs Ansamblı” Azərbaycan milli mahnıları və rəqslərini nümayiş etdirib
Xarici siyasət
20 İyul , 2016 00:25
​Kanadada Azərbaycan Axşamı keçirilib - FOTO

Bakı. 20 iyul. REPORT. AZ/ Kanadanın Niaqara-On-The-Lake şəhərində hər il təşkil edilən məşhur "Niaqara" Musiqi Festivalı çərçivəsində "Azərbaycan Axşamı" keçirilib.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir şəhərin mərkəzi Simko (Simcoe) parkında, açıq səma altında baş tutub. İki saat ərzində davam edən tədbir zamanı Kanadanın Toronto şəhərində yerləşən “Araz Musiqi və Rəqs Ansamblı”nın heyəti şəhərin sakinləri və çoxsaylı qonaqlarına Azərbaycan milli mahnıları və rəqslərini nümayiş etdirib.

"Azərbaycan Axşamı"nın açılışı Niaqara Musiqi Festivalının İcraçı Direktoru Kristofer Bleyk və Azərbaycanın Kanadadakı Səfirliyinin Birinci Katibi Arif Məmmədov tərəfindən edilib. A. Məmmədov öz çıxışında Azərbaycan Səfirliyinin Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycan Axşamının təşkil edilməsinə dəstək olmaqdan qürur duyduğunu, artıq ənənə xarakteri alan bu tədbirin Azərbaycan mədəniyyətinin Kanadada təbliği və Kanada-Azərbaycan ikitərəfli mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eləcə də gələcəkdə bu əməkdaşlığın davam edəcəyinə ümidini ifadə edib.

Son xəbərlər

Orphus sistemi