Yuxarı

Kaliforniyada Novruz bayramı qeyd olunub

Kaliforniyada Novruz bayramı qeyd olunub

Kaliforniyanın San Dieqo şəhərində Novruz bayramı təntənə ilə qeyd edilib. 

Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundən məlumat verilib. 

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə San Dieqonun tanınmış "Cafe 21" məkanında keçirilib. Bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak ediblər.

CAFA-nın icraçı direktoru Kimiya Məmmədova çıxışında Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. K.Məmmədova həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib. Novruz şənliyinin keçirilməsində dəstəyə görə Baş Konsulluğa və "Cafe 21"in sahibləri Lalə və İmran Cavadova və digər icma üzvlərinə təşəkkürünü bildirən K.Məmmədova icraçı direktoru olduğu CAFA təşkilatının gələcəkdə də bu kimi tədbirlərin keçirilməsini davam etdirəcəyini vurğulayıb.

Tədbir tanınmış tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi