Bakı. 7 mart. REPORT.AZ/ Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu “Knox” Presviterian Kilsəsinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib.
Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Los-Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir.
Təqdimatdan öncə Azərbaycandakı dinlərarası harmoniyaya həsr olunmuş çarx nümayiş etdirilib. Sonra çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizdə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkəmizin qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.
N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristiyan, yəhudi, bəhai, zərdüşt və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul bu gün dinlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışaraq, Birinci Vitse-Prezident
Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq,
N.Ağayev sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bu, 500 minədək erməninin yaşadığı Los-Anceles Vilayətində erməni icması və lobbisinin sıx mövcud olduğu bölgədə keçirilən ilk Azərbaycan təqdimatı olub.