Jan-İv Lö Drian: "Fransa ADR-in dövründən Azərbaycanın yanında olub"

Jan-İv Lö Drian: "Fransa ADR-in dövründən Azərbaycanın yanında olub" Bakı. 27 may. REPORT.AZ/ Fransa müstəqillik vaxtlarınızdan, yəni Azərbaycan Demokratik Respublikası dövründən sizin yanınızda olub.
Xarici siyasət
27 May , 2018 12:13
Jan-İv Lö Drian: Fransa ADR-in dövründən Azərbaycanın yanında olub

Bakı. 27 may. REPORT.AZ/ "Fransa müstəqillik vaxtlarınızdan, yəni Azərbaycan Demokratik Respublikası dövründən sizin yanınızda olub".

“Report” xəbər verir ki, bunu Fransanın Bakıda səfərdə olan xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil naziri Ceyhun Bayramovla görüşdə deyib.

O bildirib ki, UFAZ iki ölkə arasında olan dərin münasibətlərin təsviridir.

"Bizim siyasi dialoqumuz intensivdir. Əməkdaşlıq sahəmiz çox genişdir. Fransa müstəqillik vaxtlarınızdan, yəni ADR-in dövründən sizin yanınızda olub. Azərbaycanda qadınlara Fransadan çox əvvəl seçim hüququ verilib", - deyə o əlavə edib.

Jan-İv Lö Drian iki ölkənin kosmik sahədə də səmərəli əməkdaşlıq edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün böyük potensial var.

Son xəbərlər

Orphus sistemi