İlham Əliyev: “Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verilib”

İlham Əliyev: “Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verilib” Dövlət başçısı Belarus prezidenti ilə vəziyyəti müzakirə edib
Xarici siyasət
2 Aprel , 2016 19:02
İlham Əliyev: “Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verilib”

Bakı. 2 Aprel. REPORT.AZ/ Aprelin 2-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.

Prezident İlham Əliyev belaruslu həmkarını son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.

Son xəbərlər

Orphus sistemi