İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək

İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək.
Xarici siyasət
14 Noyabr , 2018 13:37
İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək
Report

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək.

Qurumdan "Report"a verilən məlumata görə, noyabrın 20-21-də keçiriləcək toplantıda öncə Assambleya Şurasının iclası baş tutacaq, sədrlik Qırğız Respiblikası - Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil veriləcək.

Noyabrın 21-də 8-ci plenar iclas çərçivəsində TÜRKPA-nın 10 illiyinə həsr edilən "TÜRKPA-nın ilk 10 ili və Parlamentlərarası əməkdaşlığın gələcəyi: Yeni yanaşmalar" adlı beynəlxalq konfrans keçiriləcək.

Üzv ölkələrin parlament sədrləri, o cümlədən türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatlar tədbirdə iştirak edəcək.

Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının sonuncu iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA Beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkilərini və Azərbaycanda keçirilən prezident seçkiləri haqqında hesabat məruzələri daxildir.

Plenar iclasın yekununda İzmir bəyannaməsi qəbul ediləcək. 

Son xəbərlər

Orphus sistemi