Yuxarı

İtaliya Prezidenti Azərbaycana səfər edəcək

İtaliya Prezidenti Azərbaycana səfər edəcək
Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir

Bakı. 14 iyul. REPORT.AZ/ İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

"Report"un məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi