Bakı. 23 may. REPORT.AZ/ İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".